“Apple” qurğuları üçün “UltraFine 5K” monitoru təqdim olunub
“LG Electronics” şirkəti məxsusi olaraq müasir “Apple” fərdi kompüter, noutbuk və planşetləri üçün hazırlanan 24 düym diaqonallı “UltraFine 5K” (27MD5KL) monitorunu təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, istehsalçı nümayəndələrinin sözlərinə görə, displey “Apple Mac” və ya “iPad Pro” qurğularına qoşulma zamanı heyrətamiz keyfiyyətə malik təsviri təmin edir. “Thunderbolt 3” və “USB Type-C” imkanlarından istifadə etməklə bir kabellə video, audio və məlumatlar ötürmək mümkündür. 94 vattadək enerji doldurma qurğusunun dəstəklənməsi isə uyğun noutbuk və ya planşeti enerji ilə doldurmağa imkan verir.
5120 х 2880 piksel təsvir ölçülü “IPS” ekranlı monitor dizayner, foto və videomaterial redaktorlarının tələblərini ödəyərək dəqiq rəngverməni təmin edir. Monitor “P3” rəng məkanını əhatə edir, 500 kandel kvadratmetr (kd/m2) maksimal parlaqlıqla xarakterizə edilir və kalibrləməyə ehtiyac duymur. Monitor dəstinə kamera, mikrofon və stereodinamiklər daxildir.
Altlıq hündürlük və əyilmə bucağının tənzimlənməsini təmin edir. “macOS Mojave 10.14.6” və “iOS 12.4” sistemləri ilə uyğunluq “MacBook Pro” qurğusunun sensor paneli və ya klaviaturası vasitəsilə parlaqlıq və səs ucalığını idarə etməyə imkan verir. Monitorun kənar işıqlandırma ötürücüsü isə “Mac” kompüterinə qoşulma zamanı parlaqlığı avtomatik tənzimləyir.
“LG UltraFine 5K” monitorunun “Apple” mağazasında qiyməti 1300 dollar təşkil edir.
Nizam Nuriyev
Baxış sayı: 685
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet