Alimlər səsin ən kiçik hissəciklərini "tutmaq" üçün mikrofon hazırlayıblar
Stenford Universitetinin fizikləri tərəfindən hazırlanmış kvant mikrofonun köməyi ilə elmə məlum olan səsin ən kiçik hissəcikləri – fonon adlandırılan rəqs enerjisinin kiçik "hissələri" araşdırılır. Bu mikrofonun gələcəyin kvant kompüterlərinin hazırlanmasının əsasını təşkil edəcəyi gözlənilir.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, Stenford Universitetinin alimlərinin ixtirası innovativdir, belə ki, sözügedən həllin hazırlanmasına kimi fononların ölçülməsi mümkün deyildi, çünki ən güclü klassik mikrofonların həssaslığı bunun üçün kifayət deyil. Səsli hissəciklər o qədər kiçikdir ki, membrana ayrı-ayrılıqda deyil, yalnız toplu halında cüzi təsir göstərirlər. Alimlər tərəfindən hazırlanmış qurğu səsli dalğaları bilavasitə öyrənmək əvəzinə, birbaşa fononların enerjisini ölçür.
Alimlər hesab edirlər ki, yeni cihaz tamamilə yeni tip kvant kompüterinin hazırlanmasına kömək edə bilər. Belə təxmin edilir ki, səsin kiçik hissəciklərinin “tutmaq” xüsusiyyəti səs enerjisi vasitəsilə informasiyanı kodlaşdırmaq imkanına malik qurğuların hazırlanmasına gətirib çıxaracaq. Bu da öz növbəsində inanılmaz tutumda məlumatları kiçikölçülü daşıyıcılarda yadda saxlamağa imkan verəcək.
Emil Hüseynov
Baxış sayı: 624
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet