12px13px15px17px
Tarix:06/08/19

“ZTE” şirkəti Çində “5G” smartfonunun satışına başlayıb

“ZTE” şirkəti Çin bazarında “5G” modula malik smartfon təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, yeni smartfon cari ildə fevralın sonunda keçirilmiş “Mobile World Congress” (MWC 2019) sərgisində nümayiş etdirilib. Aparat 6,47 düymlük “AMOLED” (1080p) və Çinin 5-ci nəsil yüksəksürətli şəbəkələrini dəstəkləyən “Qualcomm X50” adlı “5G” modemlə təchiz edilib. Həmçinin aparata üçqat fotomodul quraşdırılıb: əsas 48 meqapiksellik (mp) sensoru 20 mp-lik genişbucaqlı və 8 mp-lik telefotoobyektiv tamamlayır.

 

Lakin “Axon 10 Pro 5G” aparatının ilk alıcıları dərhal sürətli internet qoşulmadan istifadə edə bilməyəcək, çünki “China Mobile” operatoru ölkədə ilk “5G” şəbəkəsini oktyabrın ortalarında işə salacaq. İlin sonunadək yeni xidmət Çinin 50-dən çox şəhərində əlçatan olacaq.

 

Emil Hüseynov





Baxış sayı: 499

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024