Günəş panelləri ilə təchiz edilmiş parça təqdim olunub
Alman tədqiqatçıları yumşaq və elastik günəş panellərindən ibarət parça hazırlayıblar.
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.plus” saytına istinadən yazır ki, “Günəş parçası” Fraunhofer İnstitutunun alimləri və onların “PhotoTex” layihəsindəki həmkarları tərəfindən işlənib hazırlanıb. İxtiranın əsas elementi elastik günəş panellərinin sənaye istehsalı prosesidir.
Əsas problem yeni materialın aşağı səmərəliliyi ilə bağlıdır. İndi belə parçanın faydalı iş əmsalı (FİƏ) 0,1%-0,3% aralığındadır. Alimlər gələcəkdə FİƏ-ni 5%-dək yüksəltməyə hazırlaşır. Silisium fotoelementlərinin məhsuldarlığının yüksək olmasına baxmayaraq, alimlər ümid edirlər ki, onların həllinə, həmçinin tələbat olacaq. 5 il ərzində sözügedən parçanın satışına başlamaq planlaşdırılır.
Emil Hüseynov
Baxış sayı: 714
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet