12px13px15px17px
Tarix:07/08/19

Yaponiya kiborqların yaradılmasına və ömrün uzadılmasına 1 milyard dollar vəsait ayırıb

Yaponiya hökuməti demoqrafik böhranla mübarizə aparmaq üçün mühəndislik möcüzəsinə ümid edir. Alimlər gələcəyin insanları üçün kibernetika texnologiyaları və implantlar yaratmalıdırlar.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.plus” saytına istinadən yazır ki, Yaponiya hökuməti qoca yaşlarında funksionallığın itməsinin qarşısını alan, həmçinin digər mühüm problemlərin innovasiya yolu ilə həlli üçün kiborq və başqa texnologiyaların yaradılmasına təxminən bir milyard dollar ayırıb.

 

Yaxın vaxtlarda tədqiqatçılar və alimlər üçün keçiriləcək müsabiqədə 25 sahə üzrə layihələrə baxılacaq. Layihələrdən bəziləri, məsələn, kiborqlar dəblə ayaqlaşır, digərləri isə müasir Yaponiyanın üzləşdiyi problemlərlə bağlıdır: sənaye tullantıları, əhalinin orta ömür yaşının artması, okeanın çirklənməsi. Məsələn, Yaponiya hökuməti doğum sayının azalması səbəbindən daha uzun müddət aktiv və iş qabiliyyətli olmağa imkan verən texnologiyalarda çıxış yolu axtarır.

 

Həmçinin hökumət kənd və meşə təsərrüfatı, tikinti və balıqçılığın inkişaf etdirilməsi üçün avtomatlaşdırma texnologiyalarında böyük potensial görür. Yaponiya elmi sahədə tədqiqatlar arasından Nobel mükafatına layiq olan kəşfləri müəyyənləşdirə biləcək süni intellekt hazırlamaq niyyətindədir.

 

Emil Hüseynov





Baxış sayı: 850

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024