İnnovasiyalar Agentliyinə rəhbər təyin olundu
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin İdarə Heyətinə sədr və İdarə Heyətinin üzvləri təyin edilib.
Tural Kərimli İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri, Fariz Quliyev və Ayan Kərimova İdarə Heyətinin üzvləri təyin olunub.
T. Kərimli 1981-ci ildə anadan olub.
Qafqaz Universitetində beynəlxalq hüquq üzrə bakalavr və magistr təhsili alıb.
Təhsilini Harvard Universiteti Con Kennedi Dövlət İdarəçilik Məktəbində İnvestisiya qərarları və maliyyə davranış iqtisadiyyatı sahəsi üzrə davam etdirib.
T. Kərimli 2009-2017-ci illərdə "İSRA" Şirkətlər Qrupuna rəhbərlik edib.
2018-ci ilin yanvar ayından Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Yüksək Texnologiyalar Parkının direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, bundan əvvəl Fariz Quliyev Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC Biznes Məktəbində baş müəllim, Ayan Kərimova isə "Yüksək Texnologiyalar Parkı" MMC-nin Layihələrə Dəstək və Biznesin İnkişafı şöbəsinin müdiri vəzifəsində çalışıb.
Baxış sayı: 699
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet