12px13px15px17px
Tarix:09/08/19

“Apple” korporasiyası “iPhone” smartfonlarında batareyasının icazəsiz dəyişdirilməsini qadağan edib

“Apple” şirkəti akkumulyatoru “Apple”ın sertifikatlaşdırılmış xidmət mərkəzlərində dəyişdirilməmiş yeni “iPhone” aparatlarında proqram bloklaması tətbiq edib. İstifadəçi batareyanı özü dəyişdirdiyi və ya kənar mütəxəssislərə müraciət etdiyi halda, onun qurğusunun displeyində silinməsi heç bir halda mümkün olmayan servis mesajı görsənir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, “Apple”-ın akkumulyatorunun əsilliyini müəyyənləşdirmək mümkün olmadı” xəbərdarlığı yalnız yeni modellərdə (“iPhone Xr”, “Xs” və “Xs Max”) görsənir. Bu halda batareyanın vəziyyətini və tutumunu öyrənmək qeyri-mümkündür.

 

Ekspertlərin fikrincə, bloklama əməliyyatı daxili çip vasitəsilə həyata keçirilir, sözügedən çip, həmçinin temperatur haqqında məlumatı ötürür. Akkumulyatoru yenidən işlək etməyin yeganə üsulu qurğunu “Apple”ın sertifikatlaşdırılmış servis mərkəzinə aparmaqdır.

 

Emil Hüseynov





Baxış sayı: 719

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024