ABŞ-da “Apple” noutbuklarının təyyarələrdə daşınması qadağan edilib
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) “Apple” şirkətinin bir sıra noutbuk modellərinin təyyarələrdə daşınmasını qadağan edib.
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, söhbət 2015-ci ilin sentyabrından 2017-ci ilin fevralınadək satılan “MacBook Pro” texnikasından gedir.
Qeyd olunur ki, iyunda “Apple” şirkəti 15 düym diaqonallı əvvəlki nəsil “MacBook Pro” noutbuklarının batareyasının qızmasını müəyyənləşdirib. Bunun yanğın riski yaratması ilə əlaqədar şirkət məhsulu geri çağırmağa başlayıb.
Noutbuk batareyalarında problemlər barədə məlumatlandırılan tənzimləyici orqan aviadaşıyıcıları təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb. Aviaşirkətlərin qərarına görə, istehsalçı tərəfindən geri çağırılan batareyalara malik qurğuların həm təyyarə baqajında, həm də əl yükündə daşınması qadağandır.
Qeyd edək ki, 2016-cı ildə ABŞ Nəqliyyat Nazirliyi “Samsung Galaxy Note 7” smartfonlarının hava nəqliyyatında daşınmasını qadağan edib. Bunadək isə “Samsung” şirkəti smartfon akkumulyatorlarının öz-özünə alışması və partlaması hallarına görə “Galaxy Note 7” smartfonunun istehsalını və satışını dayandırıb.
Nizam Nuriyev
Baxış sayı: 843
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet