“Huawei” smartfonlar üçün yeni interfeys təqdim edib
“Huawei” şirkəti smartfonlar üçün “EMUI” istifadəçi interfeysinin yeni “EMUI 10” versiyasını təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, “EMUI 10”-da interfeys dizaynı, müxtəlif senarilərdə istifadə rahatlığının artırılması və iş stabilliyi kimi üç əsas təkmilləşdirmə həyata keçirilib. Bundan başqa, interfeysdə axşam və gecə vaxtlarında gözlər üçün daha rahat olan yeni tutqunlaşdırılmış rejim quraşdırılıb. O, tünd fonda kontrastlıq, mətnin rəngi və sistem ikonkalarını optimallaşdırmağa imkan verir.
Yeni “EMUI” versiyasında internetə qoşulmuş istənilən qurğudan HD formatlı videozənglər etməyə imkan verən xüsusi paylayıcı texnologiyadan istifadə edilir. Məsələn, smartfona zəng gələn zaman istifadəçi “ağıllı” kolonka vasitəsilə cavab verə biləcək, videozəngi isə televizor və ya avtomobil multimedia mərkəzində qəbul etmək, drondan daxil olan zəngi videozəng rejimində göstərmək mümkün olacaq.
“EMUI 10” paylanmış istifadəçi interfeys proqramlaşdırması və aparat resurslarının virtuallaşdırma texnologiyası ilə təchiz edilib. Bunun sayəsində proqram tərtibatçıları çoxdəfəli adaptasiya olmadan müxtəlif növ qurğularla uyğunluq təşkil edən əlavələr yarada biləcəklər.
“EMUI 10” istifadəçi interfeysinin daxili beta testinə sentyabrın 8-də “Huawei P30” seriyalı qurğularda başlamaq nəzərdə tutulur.
Yeni interfeysin növbəti nəsil “Mate” smartfonlarında quraşdırılması planlaşdırılır.
Nizam Nuriyev
Baxış sayı: 756
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet