“Huawei” şirkəti “6G” şəbəkəsi üçün avadanlığın istehsalına başlayıb
“Huawei” şirkəti “6G” standartı üçün şəbəkə həlləri hazırlamağa başlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, bu məqsədlə Çin istehsalçısı 13 aparıcı tədqiqat institutu ilə birgə iş aparır. Şirkətin texnoloji bazası Kanadanın paytaxtı Ottavada yerləşir.
Analitiklərin ilkin qiymətləndirməsinə görə, altıncı nəsil mobil rabitə şəbəkəsi (6G) 2030-cu ildə kommersiya istifadəsinə veriləcək. Bu müddət ərzində operator və telekommunikasiya avadanlığı istehsalçıları saniyədə 1 terabit buraxılış qabiliyyətinə malik şəbəkələri mənimsəməyə hazır olmalıdırlar.
Bir müddət əvvəl internet mənbələrində “Samsung” şirkətinin də analoji tədqiqatlar apararaq “6G” avadanlığı hazırlamağa başlaması barədə məlumatlar dərc edilib. Bundan başqa, “Nokia”, “Ericsson” və “SK Telekom” şirkətləri altıncı nəsil mobil rabitə şəbəkəsinin qurulmasında aktiv iştirak etməklə bağlı planlarını açıqlayıb. Bunun üçün şirkətlər arasında “6G” şəbəkəsinin inkişafında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb.
Nizam Nuriyev
Baxış sayı: 1000
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet