Operativ yaddaşın satışında azalma qeydə alınıb
“DRAMeXchange” şirkəti 2019-cu ilin ikinci rübündə dünya operativ yaddaş çipləri bazarının həcminin 14,84 milyard dollar təşkil etməsini açıqlayıb. Bu, əvvəlki rüblə müqayisədə 9,1 faiz azdır.
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, qiymətlərin ucuzlaşması səbəbindən mədaxil azaldığı halda “DRAM” mikrosxemlərinin ümumi tutum baxımından tədarükü artıb.
Kompüter, server və istehlak elektronikası üçün operativ yaddaşın qiyməti təxminən 30 faiz, mobil qurğular və “eMCP” toplayıcıları üçün diskret həllərin isə orta hesabla 10-20 faiz ucuzlaşıb. Server seqmentində isə 35 faizlik azalma qeydə alınıb.
Bu ilin aprel-iyununda “NAND flash” yaddaşının satışı 10,79 milyard dollara çatıb ki, bu da ötənilki göstəriciyə bərabərdir. Tədqiqata görə, artan çip tədarükü məhsulun ucuzlaşması tendensiyasını kompensasiya edib.
“DRAMeXchange” şirkətinin proqnozuna görə, üçüncü rübdə kontrakt “DRAM” bazarında qiymətlərin bu yaxınlarda baş verən nağd qiymət artımına baxmayaraq azalma tendensiyası davam edəcək. Fləş-yaddaşa gəldikdə, kontrakt qiymətlərin iyul-sentyabrda daha zəif templərlə azalacağı gözlənilir.
Bununla yanaşı, üçüncü rübdə “NAND” yaddaşının buraxılış həcmi ikinci rüblə müqayisədə mövsümi tələbatla əlaqədar artacaq.
Nizam Nuriyev
Baxış sayı: 900
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet