12px13px15px17px
Tarix:16/08/19

Yeni “iPhone” smartfonunun təqdimat tarixi və vaxtı məlum olub

“Apple” korporasiyası avqustun 15-də çıxarılmış “iOS 13” versiyasının 7-ci beta-versiyasının kodunda yeni “iPhone” cihazının təqdimat tarixini açıqlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “digger.ru” saytına istinadən yazır ki, gizli ekran görüntülərindən birində təyin edilmiş “HoldForRelease” parametrində tarix və vaxt göstərilib: çərşənbə axşamı, 10 sentyabr, 9:41. Bakı vaxtı ilə 20:41.

 

Tarix və vaxtı göstərən eyni ekran görüntüsü ötən il də sızmışdı.

 

Beləliklə, “Apple” korporasiyası sentyabrın 10-da Stiv Cobs Teatrında yeni smartfonlarını nümayiş etdirəcək, 13-də isə ilkin sifarişlər əlçatan olacaq. Sentyabrın 20-də qurğular satışa çıxarılacaq.

 

Emil Hüseynov





Baxış sayı: 1086

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024