12px13px15px17px
Tarix:20/08/19

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Tovuzda, nazirin birinci müavini Ağstafada vətəndaşlarla görüşəcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və nazirin birinci müavini Əli Abdullayevin növbəti vətəndaş qəbullarının vaxtı bəlli olub.

 

Nazir Ramin Quluzadə 23 avqust 2019-cu il tarixində saat 12:00-da Tovuz şəhərində Tovuz və Qazax sakinlərini, nazirin birinci müavini Əli Abdullayev isə həmin tarixdə saat 12:00-da Ağstafada rayon sakinlərini qəbul edəcək.

 

Nazirliyin rəhbərliyi nəqliyyat, telekommunikasiya (o cümlədən internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

 

Vətəndaşlar "mincom@mincom.gov.az" elektron poçt ünvanı, 1655 "Çağrı Mərkəzi", 012 598 38 18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb, qəbula yazıla bilərlər.

 

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt şöbələri və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.

 

Bunun üçün vətəndaşlardan Tovuz rayonunda 022 315 35 99, Qazax rayonunda 022 295 12 21, Ağstafa rayonunda 022 225 29 95 nömrəli telefona zəng etmələri xahiş olunur.





Baxış sayı: 526

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024