“Microsoft” şirkəti spam mesajlarını filtrdən keçirmək imkanına malik proqram təqdim edib
"Microsoft" şirkəti spam mesajları filtrdən keçirmək imkanına malik "SMS Organizer" mobil tətbiqini "Android" sisteminin idarəetməsi altında işləyən qurğularda əlçatan edib. "SMS Organizer" proqramının daha bir faydalı funksiyası SMS mesajların avtomatik çeşidlənməsi və onların ayrı-ayrı qovluqlara yerləşdirilməsidir.
"ICTnews" Elektron Xəbər Xidməti "hitech.vesti.ru" saytına istinadən yazır ki, yeni tətbiq "Microsoft Garage" eksperimental laboratoriyasının məhsuludur. Kompüter təlimi alqoritmlərindən istifadə edən mobil proqram endirim və aksiyalar haqqında SMS mesajlarını xüsusi kateqoriyaya yerləşdirir, adi mesajları isə daxil olanlar qutusunda saxlayır. Aviabiletlər, mehmanxana nömrələri, restoran və teatrlarda yerlərin öncədən bron edilməsi haqqında mesajlar, həmçinin bankdan göndərilən SMS bildirişlər avtomatik şəkildə müvafiq bölmələrə yerləşdirilir.
"SMS Organizer" tətbiqinin istifadəçiləri arzuolunmaz mesaj göndərənləri qara siyahıya daxil edə, SMS mesajları seçilmişlər siyahısına əlavə edə və köhnə mesajları arxivləşdirə bilərlər. İstəkdən asılı olaraq, "Google Disk"də (yalnız SMS mesajları dəstəkləyir) arxiv yaratmaq mümkündür. Bundan sonra ehtiyat surətini başqa qurğuda bərpa etmək mümkün olacaq.
"SMS Organizer" tətbiqi artıq "Google Play" mağazasında əlçatandır. Lakin hələ ki yalnız ABŞ, Böyük Britaniya və Avstraliya sakinləri yeni proqramdan istifadə edə bilərlər.
Emil Hüseynov
Baxış sayı: 591
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet