12px13px15px17px
Tarix:21/08/19

Kvant interneti üçün ilk protokol yaradılıb

Niderlandın “QuTech” tədqiqat mərkəzi kvant internetinin yaradılması məqsədilə yeni texnologiya təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, tədqiqatçılar qrupunun rəhbəri Stefani Venerin sözlərinə görə, alimlər qrupu kavant internet konsepsiyası və onun tələblərinə uyğun protokol hazırlamağa nail olub – mövcud analoqlardan kvant fizikası dünyasında istifadə etmək mümkün deyil. Məsələn, kubitlər qurğunun yaddaşında uzun müddət saxlanıla bilməz, bu səbəbdən onların emalı yüksək sürətlə həyata keçirilməlidir. Bundan başqa, kvant bitləri dolaşaraq ənənəvi siqnalların ötürüldüyü şəkildən fərqlənən rabitə üsulu yarada bilər.

 

Bildirilir ki, dolaşıqlıq fenomeni kvant internetinin əsasını formalaşdırır. Elementar hissəciklər dolaşan zaman dünyada heç nə bu rabitəyə müdaxilə edə bilməz. Bu, məsələn, internet bağlantısında misli görünməmiş təhlükəsizlik səviyyəsini təmin edir. Belə ki, iki istifadəçi arasında siqnalı ələ keçirmək qeyri-mümkündür. Bundan əlavə, bu rabitə daha yaxşı sinxronlaşdırmanı təmin edir. Məsələn, bu, bir-birindən uzaq çoxlu teleskopu bir böyük teleskopda birləşdirməyə imkan verəcək.

 

Mütəxəssislərin sözlərinə görə, protokol müxtəlif tip kvant avadanlıqları ilə uyğunluq təşkil edir.

 

Növbəti mərhələ birbaşa optik-lif bağlantısından istifadə edən iki şəbəkə qovşağı arasında rabitənin təşkili zamanı protokolun nümayişi olacaq. “Quantum Internet Alliance” (QIA) təşkilatı perspektivdə fiziki eksperimentlərdən tam kvant internetinin yaradılmasına keçiləcəyini proqnozlaşdırır.

 

Nizam Nuriyev





Baxış sayı: 524

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024