12px13px15px17px
Tarix:23/08/19

Yeni “Samsung” smartfonları təqdim edilib

“Samsung” şirkəti “Galaxy A50s” və “Galaxy A30s” smartfonlarını nümayiş etdirib. Orta qiymət seqmentinə aid qurğular barmaq izi skaneri ekran altında yerləşən 6,4 düym diaqonallı displeylərlə təchiz edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, “Galaxy A30s” modeli 25, 8 və 5 meqapikselli üç əsas kamera, 16 meqapikselli ön kamera, 15 vattadək sürətli enerjidoldurmanı dəstəkləyən 4 min milliamper/saat tutumlu batareya ilə təchiz olunub. Qurğunun aparat əsasını səkkiznüvəli (iki 1,8 QHs və altı 1,6 QHs) prosessor, 3 və ya 4 giqabaytlıq operativ və 32, 64 və 128 giqabaytlıq quraşdırılmış yaddaş təşkil edir.

 

“Galaxy A50s” modeli 48, 8 və 5 meqapikselli üç əsas arxa kamera, 32 meqapikselli ön kamera, “Galaxy A30s” kimi analoji tutuma malik akkumulyator, səkkiznüvəli (dörd 2,3 QHs, və dörd 1,7 QHs) prosessor, 4 və ya 6 giqabaytlıq operativ və 64 və 128 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz edilib.

 

Yeni smartfonlar “Samsung One UI” interfeysli “Android 9.0 Pie” əməliyyat sisteminin idarəetməsi ilə işləyir.

 

Nizam Nuriyev





Baxış sayı: 624

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024