“Android” sisteminin adlandırılması sxemi dəyişdiriləcək
“Google” şirkəti “Android” mobil əməliyyat sisteminin yeni versiyalarının şirniyyat və desertlərin şərəfinə adlandırılması ənənəsindən imtina edəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, qeyri-adi ənənə 2009-cu ildə buraxılan “Android 1.6 Cupcake” sistemindən başlayıb. Onun ardınca isə əməliyyat sisteminin “1.6 Donut”, “2.0 Éclair”, “2.2 Froyo”, “2.3 Gingerbread”, “3.0 Honeycomb”, “4.0 Ice Cream Sandwich”, “4.1 Jelly Bean”, “4.4 KitKat”, “5.0 Lollipop”, “6.0 Marshmallow”, “7,0 Nougat”, “8.0 Oreo” və “9 Pie” versiyaları işıq üzü görüb.
Bu ilin martında şirkət “Android 10 Q” sisteminin beta versiyasını təqdim edib. İstifadəçilər və KİV nümayəndələri şirkətin Q hərfi ilə başlayan hansı deserti sonuncu versiyanın adında istifadə edəcəyi ilə bağlı ehtimallar irəli sürüblər. Lakin “Google” şirkəti 10 rəqəmi ilə kifayətlənməyi məqsədəuyğun hesab edib.
“Android” tərtibatçılarının rəsmi bloquna görə, belə qərarın qəbul edilməsinin əsas səbəbi dünyanın müxtəlif ölkələrinin sakinlərinin şirniyyat adlarını başa düşməkdə çətinliklərlə üzləşməsi ilə əlaqədardır. Belə ki, məsələn, zefir heç də bütün ölkələrdə şirniyyat hesab edilmir, yapon dilində L hərfi ilə ötürülən səs isə ümumiyyətlə mövcud deyil. “Аndroid” sisteminin növbəti versiyalarının hamısı yalnız rəqəmə malik olacaq.
Bundan başqa, şirkət “Android” sözünün şriftini və loqotipin rəng çalarını dəyişdirməyi planlaşdırır.
Nizam Nuriyev
Baxış sayı: 594
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet