Süni intellekt qatili saxlamağa kömək edib
Çində süni intellekt sayəsində təhlükəli cinayətkar həbs olunub.
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, Futsyan əyalətinin 29 yaşlı sakini pulla bağlı yaranan qalmaqal zamanı birgə yaşadığı qızın qətlində təqsirli bilinib. O, qadının ölümündən sonra bank proqramı vasitəsilə onun adına kredit almağa cəhd göstərib. Lakin buna görə şəxsiyyəti təsdiq etmək üçün sifətin skan edilməsi prosedurundan keçmək tələb olunub.
Bildirilir ki, identifikasiya üçün ölmüş qızın fotoşəklindən istifadə edən cinayətkar proqramın prosedur zamanı göz vurmaq tələb etməsini nəzərə almayıb. Belə ki, sistem tərəfindən lazımi anda gözün hərəkəti aşkarlanmayıb. Bundan başqa, süni intellekt kişi səsini tanıyıb, halbuki sənədlərə əsasən kredit qadın tərəfindən alınmalı olub.
Mümkün fırıldaqçılıqla bağlı informasiya avtomatik olaraq bankın təhlükəsizlik xidmətinə ötürülüb. Öz növbəsində xidmət əməkdaşları əldə edilən video və audio yazılarını hüquq-mühafizə orqanlarına təqdim ediblər. Fotoda qadının sifətində qançırlar aşkarlanıb. Dərhal axtarışa başlayan polis cinayətkarı sübutları məhv etməyə çalışan zaman həbs edib.
Məlum olub ki, təqsirləndirilən şəxs qətldən əvvəl qızın hesabından 4200 dollar çıxarmaq üçün onun telefonundan istifadə edib və eyni zamanda qurbanın valideynlərinə qızın adından istirahətə getməsi ilə bağlı məlumat göndərib. Beləliklə, cinayətkar hər şeyi nəzərə alsa da, süni intellekt onu ifşa etməyə kömək edib.
Nizam Nuriyev
Baxış sayı: 789
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet