12px13px15px17px
Tarix:26/08/19

“Sony” və “Yamaha” şirkətləri əyləncə parkları üçün avtonom işləyən mikroavtobus hazırlayıblar

Yaponiyanın "Sony" və "Yamaha" şirkətləri avtonom nəqliyyat vasitəsi və reklam videopanelini birləşdirərək sürücüsüz idarə olunan "SC-1 Sociable Cart" mikroavtobusunu hazırlayıblar. Sözügedən mikroavtobusları əyləncə parkları, qolf-klublar və ticarət mərkəzlərində istifadə etmək planlaşdırılır.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hitech.vesti.ru" saytına istinadən yazır ki, avtobus saatda maksimum 19 km sürətlə hərəkət edə bilər və əvvəllər təqdim edilmiş dördtəkərli sürücüsüz nəqliyyat vasitəsinin konsepsiyası üzərində hazırlanıb. Amma salon indi daha çox yer tutur, dəyişdirilə bilən batareya daha uzun müddət işləyir.

 

"SC-1" mikroavtobusu onun içərisində əyləşən şəxslərin ətrafda baş verənləri görə bilməsi üçün kameralarla təchiz edilib. Bu halda təsvir 49 düymlük 4K formatlı televizorda qarışıq reallıq rejimində göstərilir. Pəncərə yoxdur, çünki onların əvəzinə 4 ədəd 4K panel (55 düymlük) quraşdırılıb. Çölə açılan həmin panellərdə yoldan keçənlərə reklam göstərilir. Kameraların köməyilə insanların yaş və cinsini təhlil edən alqoritm çarxları seçməkdə kömək edir.

 

Emil Hüseynov





Baxış sayı: 578

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024