12px13px15px17px
Tarix:27/08/19

“Instagram”da boşluq başqalarının hesabına müdaxiləyə imkan verir

Təhlükəsizlik sahəsində tədqiqatçı Laksman Mutiya “Instagram” sosial şəbəkəsində digər istifadəçilərin hesabı üzərində nəzarəti ələ keçirməyə imkan verən yeni boşluq aşkarlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, iyulda tədqiqatçı 10 dəqiqəyə istənilən hesaba müdaxiləyə imkan verən oxşar problem barədə məlumat verib. Səhvdən istifadə “Instagram” hesabı üçün parolu dəyişdirərək onun üzərində tam nəzarəti ələ keçirməyə şərait yaradıb. Tədqiqatçı aşkar edilən səhvlər proqramı çərçivəsində boşluq barədə informasiyaya görə 30 min dollar mükafat alıb.

 

Əvvəlki səhvdə olduğu kimi, yeni boşluq istənilən “Instagram” hesabına müdaxiləyə imkan verir. L.Mutiyanın sözlərinə görə, qurğunun eyni identifikatoru (Instagram serverləri tərəfindən parolun dəyişdirilməsi kodlarının yoxlanılması üçün tətbiq edilən unikal identifikator) müxtəlif istifadəçilərə məxsus bir neçə kodun sorğusu üçün istifadə olunmaqla servisdə hesablara müdaxiləyə imkan verə bilər.

 

Tədqiqatçı problem barədə “Instagram” və “Facebook” şəbəkələrinin təhlükəsizlik qrupunu məlumatlandıraraq bu boşluq barədə informasiya üçün 10 min dollar mükafat alıb.

 

Nizam Nuriyev





Baxış sayı: 549

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024