12px13px15px17px
Tarix:29/08/19

“Huawei MediaPad M6 Turbo Edition” planşeti “2K IPS” ekranı ilə təchiz edilib

"Huawei" şirkəti "EMUI 9.1" interfeysli "Android 9.0 Pie" əməliyyat sisteminin idarəetməsi ilə işləyən "MediaPad M6 Turbo Edition" planşetini təqdim edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, planşet 2560 × 1600 piksel təsvir ölçülü 8,4 düym diaqonallı "2K IPS" ekranı ilə təchiz olunub. Arxa tərəfdə maksimal f/1,8 diafraqmalı 13 meqapikselli kamera quraşdırılıb. Ön kamera üçün 8 meqapikselli ötürücü tətbiq edilib.

 

Yeni qurğu tərkibində 2,6 QHs takt tezlikli 8 hesablama nüvəsi, iki "NPU" neyroprosessor bloku və "ARM Mali-G76" qrafik kontrollerinin olduğu "Kirin 980" prosessorundan istifadə edir.

 

Operativ yaddaş tutumu 6 giqabayt, quraşdırılmış isə 128 giqabayt təşkil edir. Planşet enerji ilə 6100 milliamper/saat tutumlu akkumulyator batareyası təmin edir.

 

"MediaPad M6 Turbo Edition" oyunlarda qrafik altsistemin məhsuldarlığını artırmağa kömək edən "GPU Turbo 3.0" texnologiyasını dəstəkləyir. Bundan başqa, effektiv maye soyutma sistemindən istifadə olunduğu bildirilir.

 

"4G/LTE" və "Wi-Fi" texnologiyalarını dəstəkləməklə 2 versiyada təklif olunacaq "Huawei MediaPad M6 Turbo Edition" planşetinin qiyməti modifikasiyadan asılı olaraq 420 və 380 dollar təşkil edəcək.

 

Nizam Nuriyev





Baxış sayı: 541

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024