12px13px15px17px
Tarix:29/08/19

“Xiaomi Redmi” brendli yeni smartfonlar rəsmən təqdim olunub

Çinin “Xiaomi” şirkətinə məxsus “Redmi” brendi “Note 8 Pro” və “Note 8” smartfonlarını rəsmən təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, “Redmi Note 8 Pro” modeli kamerasının tərkibinə 64 meqapikselli ötürücünün daxil olduğu ilk kommersiya qurğusudur. Söhbət arxa panelin mərkəzi hissəsində quraşdırılan 4 moduldan ibarət əsas kameranın tərkibinə daxil olan “Samsung ISOCELL Bright GW1” sensorundan gedir. Bu blok, həmçinin 8 meqapikselli sensor və 2 meqapikselli qoşa ötürücüyə malikdir. Ön tərəfdə 20 meqapikselli kamera yerləşir.

 

“MediaTek Helio G90T” prosessoru ilə təchiz edilən smartfonun operativ yaddaş tutumu 6 və ya 8 giqabayt, quraşdırılmış yaddaşın isə 64 və ya 128 giqabayt təşkil edir.

 

FHD standartına malik ekranın ölçüsü diaqonal üzrə 6,53 düymə bərabərdir. Enerjini 25 vatlıq sürətli enerjidoldurmanı dəstəkləyən 4500 milliamper/saat tutumlu akkumulyator batareyası təmin edir.

 

“Redmi Note 8” modeli də korpusun arxa hissəsinin sol yuxarı küncündə yerləşən 4 kamera ilə təchiz edilib. Konfiqurasiyaya 48 və 8 milyon pikselli sensorlar, eləcə də 2 meqapikselli ötürücü daxildir. Ön kamera 13 meqapikselli matrisaya malikdir.

 

Smartfon “Qualcomm Snapdragon 665” çipi, 4 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz edilib. 6,3 düym diaqonallı ekran FHD təsvir ölçüsünə malikdir. Qurğuda 4 min milliamper/saat tutumlu batareya tətbiq edilib.

 

Bundan başqa, “Redmi Note 8 Pro” və “Redmi Note 8” modelləri “Wi-Fi 802.11ac” və “Bluetooth 5” simsiz rabitə adapterləri, “USB Type-C” simmetrik portu və qulaqcıq üçün 3,5 millimetrlik çıxış ilə təchiz olunub. Smartfonlar “Android 9.0 Pie” əməliyyat sisteminin idarəetməsi ilə işləyir.

 

Nizam Nuriyev





Baxış sayı: 837

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024