Yeni “Lenovo” planşetləri buraxılıb
“Lenovo” şirkəti “Tab M7” və “Tab M8” planşet modellərini təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Android 9 Pie” əməliyyat sisteminin idarəetməsi ilə işləyən planşetlər valideynlərə uşaqlar üçün ayrıca hesab yaradaraq qurğu və kontendən istifadəni məhdudlaşdırmağa imkan verən “Lenovo Smart Kid’s” xüsusi rejimi ilə tədarük edilir. Bundan başqa, yeni qurğulara “Netflix” onlayn kinoteatr əlavəsi quraşdırılıb.
“Lenovo Tab M7” modeli 1024х600 piksel təsvir ölçülü 7 düym diaqonallı LCD ekran və dördnüvəli “MediaTek” prosessoru ilə təchiz edilib. İstehsalçı nümayəndələrinin sözlərinə görə, 3500 milliamper/saat tutumlu quraşdırılmış akkumulyator 10 saatlıq avtonom işi təmin edir.
Planşet bir neçə versiyada buraxılacaq. Belə ki, 1 giqabaytlıq operativ və 8 giqabaytlıq quraşdırılmış yaddaşa malik modifikasiya “Android Go” əməliyyat sistemi ilə işlədiyi halda 2 16 giqabayt və 2 32 giqabayt versiyaları adi “Android” sistemi ilə işləyir.
“Lenovo Tab M8” modeli HD və ya Full HD təsvir ölçülü 8 düym diaqonallı displeylə təchiz olunub. Operativ yaddaş tutumu 2 və ya 3 giqabayt, quraşdırılmış yaddaş isə 16 və ya 32 giqabayt təşkil edir. 5 min milliamper/saat tutumlu quraşdırılmış akkkumulyator təkrar enerji toplamadan 18 saatlıq iş üçün kifayət edir.
Oktyabrda satışa çıxarılacaq “Lenovo Tab M7” və “Lenovo Tab M8” modellərinin başlanğıc qiyməti versiyalardan asılı olaraq 89, 109 və 159 dollar təşkil edəcək.
Nizam Nuriyev
Baxış sayı: 1502
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet