“Sharp” şirkəti dünyada ən böyük 8K televizor təqdim edəcək
Yaponiyanın “Sharp” şirkəti “IFA-2019” Beynəlxalq istehlak elektronikası sərgisində dünyada maye kristal ekranlı ən böyük 8K televizorunu təqdim edəcək. 120 düymlük paneldən ibarət yeni televizor 5-ci nəsil (5G) şəbəkəsinə qoşulmaq imkanına malikdir.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, şirkətin nümayəndələrinin sözlərinə görə, gələcək “ağıllı” televizorun təsvir ölçüsü o qədər yüksək ki, sənətşünaslar onu şəkillərin məsafədən öyrənilməsi və ya bərpa işlərinin keçirilməsində istifadə edə biləcəklər. “Sharp” şirkəti yeni model haqqında başqa detallar hələ açıqlamır.
“Engadget” dərgisi yazıb ki, cari ilin iyunda “Samsung” tərəfindən təqdim edilmiş 292 düymlük “The Wall Luxury” əslində dünyada ən böyük 8K televizordur.
“IFA 2019” sərgisi sentyabrın 6-dan 11-dək Berlində keçiriləcək.
Emil Hüseynov
Baxış sayı: 576
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet