3D printerdə süni intellektli sürücüsüz idarə olunan avtobus təqdim olunub
“Local Motors” şirkəti süni intellektin köməyi ilə idarə olunan sürücüsüz mini avtobusunun yeni versiyasını təqdim edib. Sürücüsüz mini avtobusun 80%-i 3D printerdə çap edilib, amma avtobus hələ ki ictimai yollarda hərəkətə hazır deyil.
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, 2016-cı ildə “Local Motors” şirkəti “Olli” adlı kiçik sürücüsüz idarə olunan avtobus təqdim etmişdi. Həmin avtobus “IBM” şirkəti ilə birgə hazırlandığından mühəndislər onların süni intellekt sahəsindəki hazırlamalarından istifadə edə biliblər. İndi “Local Motors” şirkəti tərəfindən təqdim edilmiş “Olli” avtobusunun yeni modelinin çox hissəsi 3D printerin köməyi ilə çap edilib.
Lakin “Olli” avtobusu hələ ki şəhərdə hərəkət üçün nəzərdə tutulmayıb, onu universitetin kampuslarında, xəstəxananın ərazisində, hərbi baza və yataqxanalarda istifadə etmək olar.
Tədqiqatçılar bildiriblər ki, “Olli” avtobusunun yeni versiyası daha böyük imkanlara malikdir. Məsələn, 160 km-dək məsafəni qət edə bilər, 12-dək sərnişin tutumuna malikdir və 40 km/saatadək sürət toplayır.
Emil Hüseynov
Baxış sayı: 615
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet