“Microsoft” korporasiyası öz brauzerlərində “Flash Player” texnologiyasından imtina edəcək
2020-ci ilin sonuna “Flash Player” texnologiyasının dəstəyi “EdgeHTML”, “Chromium” bazasında işləyən “Edge” və “Internet Explorer” brauzerlərində dayandırılacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “securitylab.ru” saytına istinadən yazır ki, “Adobe” şirkətinin “Flash Player” texnologiyasının dəstəyini rəsmən 2020-ci ilin dekabrında dayandıracağına baxmayaraq, brauzerlərin yaradıcıları artıq çoxdan bu texnologiyadan imtina etməyə başlayıblar. “Microsoft” korporasiyası hazırda yeni brauzer üzərində çalışır.
“Microsoft”un nümayəndələri izah ediblər ki, “Chromium” əsasında işləyən “Edge” brauzeri digər “Chromium” brauzerlərlə uyğunlaşacaq, buna görə həmin brauzerdə “Flash Player” texnologiyasının dəstəyi “Google Chrome” ondan imtina etdiyi halda dayandırılacaq.
Emil Hüseynov
Baxış sayı: 551
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet