12px13px15px17px
Tarix:03/09/19

Yeni “iPhone 11” smartfonunun məhsuldarlığı məlum olub

“Geekbench” proqramında “iPhone 11” smartfonunun məhsuldarlıq testinin nəticələri internetdə dərc edilib. Bu haqda “Macrumors” dərgisi yazıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, smartfon 2,6 QHs takt tezlikli 6 nüvəli prosessor və 4 QB-lıq əməli yaddaş ilə təchiz ediləcək. Şayiələrə görə, “iPhone 11” adlandırılan yeni “iPhone Xr” smartfonu bu xüsusiyyətlərə malik olacaq. Məsələn, birnüvəli testdə sözügedən cihaz 5415 bal , çoxnüvəli testdə isə 11294 bal toplayıb. Müqayisə üçün ötənilki “iPhone Xr” birnüvəli testdə təxminən 4800 bal, çoxnüvəli testdə isə 11500 bal toplayıb. Amma smartfon 3 QB-lıq əməli yaddaşa malikdir, “A12” prosessoru isə 2,49 QHs takt tezliyi ilə işləyir.

 

Şayiələrə görə, smartfon genişbucaqlı və zum obyektivli ikiqat kamera ilə təchiz ediləcək. Qurğunun displeyi və ölçüləri olduğu kimi saxlanılacaq, ancaq “Apple” şirkəti smartfonu yaşıl və bənövşəyi korpuslarda təqdim edəcək.

 

“Apple”ın yeni smartfonlarının sentyabrın 10-da təqdim ediləcəyi gözlənilir.

 

Emil Hüseynov





Baxış sayı: 581

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024