12px13px15px17px
Tarix:04/09/19

Nazir Zaqatalada, nazirin birinci müavini Qaxda vətəndaşlarla görüşəcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və nazirin birinci müavini Əli Abdullayevin növbəti vətəndaş qəbullarının vaxtı bəlli olub.
 
Nazir Ramin Quluzadə 6 sentyabr 2019-cu il tarixində saat 12:00-da  Zaqatala şəhərində Zaqatala və Balakən sakinlərini, nazirin birinci müavini Əli Abdullayev isə həmin tarixdə saat 12:00-da Qaxda rayon sakinlərini qəbul edəcək.
 
Nazirliyin rəhbərliyi nəqliyyat, telekommunikasiya (o cümlədən internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları dinləyəcəklər.
 
Vətəndaşlar “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 nömrəli Çağrı Mərkəzi, 012 598 38 18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb, qəbula yazıla bilərlər.
 
Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt filialları və telekommunikasiya qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.
 
Bunun üçün vətəndaşlardan Zaqatala rayonunda 024 2252999, Balakən rayonunda 024 2952300, Qax rayonunda 024 2552980 nömrəli telefona zəng etmələri xahiş olunur.





Baxış sayı: 581

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024