“Samsung” qurğuları “8K HDR10” formatlı kontenti dəstəkləyəcək
"Samsung Electronics" şirkəti Almaniyanın paytaxtı Berlində keçirilən "IFA 2019" sərgisi çərçivəsində istehsal etdiyi qurğuların dünyada ilk dəfə olaraq Avropanın ən böyük onlayn kinoteatrlarına məxsus "8K HDR10" formatlı kontenti dəstəkləyəcəyini bəyan edib.
"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, yüksəkkeyfiyyətli təsviri təmin edən "HDR10" texnologiyası dinamik metaməlumatlardan istifadə edərək hər səhnədə parlaqlıq və kontrastlıq səviyyəsini optimallaşdırmağa imkan verir.
Sistem kadrların parlaq hissələrini daha işıqlı edir, tünd hissələrini isə daha da tündləşdirir. "HDR10" formatı hər kadrı ekranda rejissorun düşündüyü kimi göstərməyə imkan verir. Öz növbəsində "8К" standartı (7680 × 4320 piksel) təsvir ölçüsünün "Full HD" (1920 × 1080 piksel) ilə müqayisədə 16 dəfə artırılmasını nəzərdə tutur.
Bildirilir ki, Avropanın internet vasitəsilə videoxidmətlər göstərən üç əsas servisi – "CHILI", "The Explorers" və "MEGOGO" film və şouları "HDR10 " dəstəkli "8K" təsvir ölçüsündə nümayiş etdirəcək.
Bundan başqa, "Rakuten TV", "Deutsche Telekom’s Magenta TV" və "Videociety" servislərinin ilin sonunadək və 2020-ci ilin birinci rübündə sifariş ilə video servislərində (VOD) "HDR10" dəstəyini istifadəyə verəcəyi gözlənilir.
Qeyd edək ki, "Samsung" şirkəti televizor və smartfonlar üçün "HDR10" sertifikasiyası ilə yanaşı, "Biznes üçün biznes" (B2B) məhsulları üçün standartın tətbiqi üzərində çalışır.
Nizam Nuriyev
Baxış sayı: 584
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet