12px13px15px17px
Tarix:06/09/19

“Nokia” şirkəti əfsanəvi açılıb-yığılan cihazının yeni versiyasını təqdim edib

Berlində keçirilən "IFA" beynəlxalq elektronika sərgisində "Nokia 2720 D" açılıb-yığılan smartfonu təqdim edilib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "iz.ru" saytına istinadən yazır ki, yeni smartfonun hazırlanması ilə "HMD Global" şirkəti məşğul olub. Tədbirdə 5 yeni telefon nümayiş etdirilib: 3 düyməli və 2 sensor ekranlı.

 

İndi "Nokia 2720 D" smartfonuna müxtəlif messencer və proqramları quraşdırmaq mümkündür, həmçinin cihaz gözlənilməz hallarla bağlı təcili yardım düyməsi ilə təchiz edilib.

 

Yeni "Nokia 7.2" və "Nokia 6.2" cihazları oxşar olsalar da, yenə də bir sıra fərqləndirici xüsusiyyətləri var. Hər iki smartfon "Full HD" təsvir ölçülü 6,3 düymlük displey və 3 qat kamera ilə təchiz edilib, lakin "7.2" modelində "Quad Pixel" texnologiyası və "Zeiss" optikası var. "Nokia 7.2" cihazında "Snapdragon 660" prosessoru, "6.2" modelində isə "Snapdragon 636" çipi quraşdırılıb. "Nokia 6.2" cihazı 3/4 QB əməli yaddaş və 32/64 QB daxili yaddaşa malik ola bilər. "Nokia 7.2" cihazı 4/6 QB əməli yaddaşla təchiz edilib, bu halda daxili yaddaş 64 QB təşkil edir.

 

Sərgidə, həmçinin "Nokia 800 Tough" adlı zirehli düyməli telefon təqdim edilib. Bu aparat su keçirmir, hətta ekstremal şəraitdə işləyə bilər. Telefon "WhatsApp", "Facebook" və başqa proqramları dəstəkləyir.

 

Tədbirdə, həmçinin yalnız ən zəruri funksiyalarla (MP3-pleyer, radio, kamera, klassik "ilan" oyunu, həmçinin tutumlu akkumulyator) təchiz edilmiş "Nokia 110" adlı minimalistik telefon da təqdim olunub.

 

Emil Hüseynov





Baxış sayı: 603

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024