Ən güclü oyun smartfonu təqdim edilib
Çində “ZTE Nubia Red Magic 3S” oyun smartfonunun təqdimat mərasimi keçirilib.
“ICTnews” Elektron Xəbər Xidməti “DGL” resursuna istinadən yazır ki, smartfon 2340 х 1080 piksel təsvir ölçülü və 90 QHs tezlikli 6,65 düym diaqonallı “Super AMOLED” ekran ilə təchiz edilib. Bundan başqa, sensor təbəqəsinin iş tezliyi 240 QHs təşkil edir ki, bu da tərtibatçıların sözlərinə görə, oyunlarda maksimal dəqiq idarəetməni təmin edir.
Əvvəlki “Nubia Red Magic 3” modeli kimi, yeni qurğu mis borucuğa malik təkmilləşdirilmiş soyutma sistemi və dəqiqədə 14 min dəfəyədək dövrə vuran ventilyator ilə təchiz olunub. Smartfonun əsasını ən yeni qabaqcıl “Snapdragon 855 Plus” (əvvəlki modeldə Snapdragon 855) prosessoru təşkil edir.
“ZTE Nubia Red Magic 3S” smartfonu 48 meqapikselli “Sony IMX586” modulu əsasında olmaqla bir arxa kameraya malikdir. Smartfon, həmçinin 27 vatlıq sürətli enerji doldurmaya (USB Power Delivery standartı) malik 5 min milliamper/saat tutumlu akkumulyator, 16 meqapikselli ön kamera, “USB Type-C” portu, qulaqcığın qoşulması üçün 3,5 millimetrlik çıxış, eləcə də səsi yaxşılaşdıran “DTS 7.1” sistemli stereodinamiklərlə təchiz edilib.
Qurğunun əsas oyun xüsusiyyətləri arasında vibrasiya vasitəsilə oyunlarda müxtəlif səhnə və hadisələrə reaksiya funksiyası, idarəetmə üçün barmaq izi skanerindən istifadə imkanı, korpusun yan tərəfində yerləşən oyun düymələri, eləcə də səsli çatlarda digər oyunçularla danışıqlar üçün səs-küyü azaldan mikrofonlar dəsti qeyd edilir.
Çində “ZTE Nubia Red Magic 3S” smartfonu 8/128 və 12/512 giqabayt yaddaşlı (hər iki halda toplayıcılar UFS 3.0 texnologiyası ilə hazırlanıb) versiyalarda təklif olunacaq. Kiçik versiyalı modelin qiyməti 420 dollar təşkil edəcək.
Nizam Nuriyev
Baxış sayı: 597
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet