Süni intellekt sistemləri üçün qlobal xərclər 98 milyard dollara çatacaq
“IDC” analitik şirkəti yaxın illərdə süni intellekt sistemləri üçün qlobal xərclərin artmaqda davam edəcəyini proqnozlaşdırır.
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, yenilənmiş qiymətləndirməyə görə, 2019-cu ildə dünyada süni intellekt sistemlərinə 37,5 milyard dollar xərclənəcək, 2023-cü ildə göstərici 2,5 dəfədən çox artaraq 97,9 milyard dollara çatacaq. Bunu nəzərə alaraq hesabat dövründə bazarın ortaillik artım tempi (CAGR) 28,4 faiz təşkil edəcək.
Süni intellektə daha çox ABŞ vəsait sərf edəcək – süni intellekt xərcləri üçün proqnozlaşdırılan bütün xərclərin yarısı bu ölkənin payına düşəcək. Qərbi Avropa ikinci yeri tutacaq, Çin isə böyüklüyünə görə dünyanın üçüncü ən böyük süni intellekt bazarı olacaq. Dinamikaya gəldikdə, yaxın beş il ərzində süni intellekt xərcləri Yaponiyada daha sürətlə artacaq – orta hesabla 45,3 faiz. Təxminən eyni (44,9 faiz) “CAGR” göstəricisi Çində də gözlənilir.
“Süni intellekt və kompüter təlimi bu gün əksər təşkilatlarda prioritet təşkil edir. “IDC” ehtimal edir ki, yaxın onillikdə bu texnologiya bir sıra sahələrdə köklü dəyişikliklərə səbəb olacaq”, – tədqiqatda qeyd olunur.
Pərakəndə satış və bank işi süni intellekt sistemləri üçün xərclərə görə lider sahələr olacaq. Proqnoza görə, 2019-cu ildə qeyd edilən sahələr üzrə süni intellekt xərcləri 5 milyard dolları ötəcək.
Pərakəndə ticarətdə bütün məbləğin təqribən yarısı müştərilərə xidmət, alış-veriş zamanı məsləhət və məhsul seçimi üzrə tövsiyələrin tərtibi üçün avtomatik sistemlərin payına düşəcək. Bank seqmentində əsas diqqət təhdidlərin aşkarlanması və qarşısının alınması, eləcə də fırıldaqçılıq hallarının təhlili və araşdırılması üçün süni intellekt sistemlərinə yönəldiləcək.
Süni intellekt sistemlərinə böyük investisiyaların gözlənildiyi digər sahələr arasında mütəxəssislər tərəfindən diskret istehsal, emal sənayesi, səhiyyə və peşə xidmətləri sahəsi qeyd olunur. Süni intellekt xərclərində ən yüksək artım tempi media sənayesində və “CAGR” göstəricilərinin müvafiq olaraq 33,7 və 33,6 faizə çatacağı federal və mərkəzi hakimiyyət orqanlarında gözlənilir.
Nizam Nuriyev
Baxış sayı: 545
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet