12px13px15px17px
Tarix:06/09/19

“Sony Xperia 5” adlı qabaqcıl smartfon təqdim edilib

“Sony” şirkəti “OLED” displey və “Alpha ILC” texnologiyası əsasında hazırlanmış 3 qat fotomodulla təchiz edilmiş “Xperia 5” qabaqcıl smartfonunu təqdim edib. Yeni aparat Berlində keçirilən “IFA 2019” sərgisi çərçivəsində təqdim edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, yeni aparat “Xperia 1” cihazına çox oxşardır, yalnız daha yığcamdır. Ekranın diaqonalı 6,5-dən 6,1 düym, korpusun eni isə 72-dən 68 mm-dək kiçildilib.

 

"Xperia 5" smartfonu “Snapdragon 855” qabaqcıl prosessoru, 6 QB-lıq əməli yaddaş və 128 QB-lıq daxili yaddaşla təchiz edilib. Batareyanın tutumu 3140 milliamper/saat təşkil edir. Qurğuya bir yaxud iki SİM-kart və tutumu 512 QB-dək olan yaddaş kartı yerləşdirmək mümkündür. Həmçinin “Dolby Atmos” tutumlu səslənmə texnologiyası reallaşdırılıb.

 

“Xperia 5” smartfonunun fotomodulu göz üzrə avtofokuslama funksiyasına malik 12 meqapiksellik (f/1,6) sensor, 12 mp-lik zum obyektiv (f/2,4) və 135 dərəcə baxış bucağına malik genişbucaqlı kameradan ibarətdir. Birinci iki kamera optik, sonuncu isə elektron sabitləşmə texnologiyasını dəstəkləyir.

 

Yeni smartfonun özəlliklərindən biri “Wi-Fi” texnologiyasının qeyri-sabit işləməsi haqqında məlumat verən kompüter təliminə əsaslanan alqoritmlərdir. “Sony” şirkətinin həlli olan süni intellekt simsiz şəbəkənin lazımi sürəti təmin etmədiyini müəyyənləşdirən kimi, avtomatik olaraq LTE şəbəkəsinə keçid edəcək.

 

Emil Hüseynov





Baxış sayı: 578

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024