12px13px15px17px
Tarix:07/09/19

Yeni “Samsung” televizorları nümayiş olunub

"Samsung" şirkəti Berlində keçirilən "IFA 2019" texnoloji sərgisində yeni televizor modelləri nümayiş etdirib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, "Samsung QLED 8K" televizorlar seriyasına artıq təqdim edilən 65, 75, 82, 85 və 98 düym diaqonallı modellərə 55 düymlük əlavə olunub.

 

Yeni televizor əvvəlki modellərin bütün əsas funksiyaları, o cümlədən "HDR10 " standart dəstəyi və təsvirin keyfiyyətini artıran texnologiya ilə təchiz edilib.

 

"Quantum 8K" prosessoru siqnal mənbəyindən (video servis, HDMI və ya smartfondan translyasiya) asılı olmayaraq nisbətən aşağı təsvir ölçülü görüntünü müəyyənləşdirərək onu "8К" formatınadək genişləndirir. Televizorun bu ay satışa çıxarılması nəzərdə tutulur.

 

Ayrıca ekspozisiya ev və biznes üçün "The Wall" modul sırasına həsr edilib. Televizorlar 2K-8K təsvir ölçülü 73-292 düym diaqonallı panellər əldə etmək üçün displey modullarını birləşdirməyə imkan verən "MicroLED" texnologiyası əsasında yaradılıb.

 

Sərgi çərçivəsində şirkət, həmçinin yeni "Serif" və "The Frame TV" televizorlarını təqdim edib. Hər iki seriya interyer dizaynı konsepsiyasına və qurğular sırasının sənət əsərləri və ya istifadəçi fotoşəkillərinin gözləmə rejimində göstərilməsinə əsaslanır.

 

Quraşdırılmış işıq sensoru kənar işığın parlaqlıq səviyyəsindən asılı olaraq görüntünün parlaqlıq və rəngini avtomatik tənzimləyir.

 

Nizam Nuriyev





Baxış sayı: 1509

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024