12px13px15px17px
Tarix:07/09/19

Sosial şəbəkələr peyvəndlər barədə düzgün məlumatlar yaymağa kömək edəcək

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "Facebook" sosial şəbəkəsinin rəhbərliyinin vaksinlər haqqında doğru məlumatın yayılması üçün köməyin göstərilməsi ilə bağlı qərarını müsbət qarşılayıb. Belə ki, bu platformanın və onun törəmə "Instagram" şəbəkəsinin istifadəçiləri immunizasiya və onun nəticələri ilə bağlı ən vacib faktları özündə birləşdirən ÜST səhifələrinə istiqamətləndiriləcəklər.

 

"ICTnews" Elektron Xəbər Xidməti "UN" resursuna istinadən yazır ki, ÜST və "Facebook" nümayəndələri bir neçə ay danışıqlar apardıqdan sonra peyvəndlər haqqında milyonlarla insana düzgün məlumat çatdırmağa imkan verən mexanizmlər işləyib hazırlayıblar.

 

Bildirilir ki, ÜST tərəfindən informasiyanın bir neçə dildə dərc edilməsi vaksinlər barədə məlumatları dünyanın bütün bölgələrinə yaymağa imkan verəcək.

 

"Vaksinlərin köməyi ilə qızılca, difteriya, hepatit, poliomielit, vəba, sarı qızdırma və qrip kimi bir çox təhlükəli xəstəliklərin qarşısını almaq olar. İri texnoloji şirkətlər istifadəçilər qarşısında məsuliyyət daşıyırlar və onlar insanlar tərəfindən vaksinlər haqqında düzgün məlumatın əldə edilməsi üçün kömək etməlidirlər", – ÜST baş direktoru Tedros Qebreyesusun bəyanatında deyilir.

 

ÜST-ün məlumatına görə, peyvəndlər hər il 3 milyon insanın həyatını xilas etməyə kömək edir. Bu gün sosial şəbəkələr vaksinlər haqqında düzgün məlumatların yayılmasında çox vacib rol oynayır. Təşkilat nümayəndələri təəssüflə qeyd edir ki, bu rol çox vaxt mənfi olur – sosial şəbəkələrdə tez-tez immunizasiya ilə bağlı təhrif edilmiş və yalan məlumatlar dərc olunur. Nəticədə valideynlər uşaqlarını peyvənd etdirməkdən imtina edirlər. Hər il dünyada təxminən 20 milyon uşaq peyvənd olunmur.

 

"Vaksinlər və onların qarşısını alan xəstəliklər barədə yanlış informasiya xüsusilə internetdə çox tez yayılır. Bundan sonra valideynləri peyvəndin vacibliyinə inandırmaq çox çətin olur", – BMT Uşaq Fondunun (YUNİSEF) rəhbəri Henrietta For bildirib.

 

Nizam Nuriyev





Baxış sayı: 144

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Sentyabr 2019

19 09 2019

19/09/19
70 düymlük yeni “Xiaomi” televizorunun qiyməti cəlbedicidir

“Xiaomi” şirkəti 70 düym diaqonallı “Xiaomi Mi TV 4A” televizorunu təqdim edib

19/09/19
Alimlər: “Kosmik liftin yaradılması mümkündür”

Beynəlxalq alimlər qrupu müasir texnologiyalar vasitəsilə kosmik lift növlərindən

19/09/19
“Samsung” böyük tutumlu batareyaya malik ucuz “M30s” smartfonunu təqdim edib

“Samsung” şirkəti “Galaxy M30s” adlı ucuz smartfonunu 

19/09/19
“Airbus” təyyarələr üçün “ağıllı” salon nümayiş etdirib

“Airbus” şirkəti “Connected Experience” adlı “ağıllı” sərnişin salonu təqdim edib

19/09/19
“Facebook” universal artırılmış reallıq eynəyi hazırlayır

“Facebook”un mütəxəssisləri “Orion” kod adına malik yeni cihaz üzərində işləyirlər

19/09/19
Ən sürətli süni intellekt klasteri təqdim olunub

“Huawei” şirkəti Şanxayda keçirilən “HUAWEI Connect 2019” konfransı çərçivəsində “Atlas 900”