“3D” printerlə süni intellektli avtobus çap edilib (VİDEO)
"Local Motors" şirkəti süni intellektlə təchiz olunan və üçölçülü çap vasitəsilə yaradılan dünyanın ilk avtobusunu təqdim edib. Nəqliyyat vasitəsinin detallarının 80 faizi additiv texnologiyalar vasitəsilə yaradılıb. Hazırda layihə sınaq və tamamlama mərhələsindədir.
"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, məlumata görə, "Local Motors" 2016-cı ildə "IBM" şirkəti ilə birgə hazırlanan "Olli" sürücüsüz avtobusunu nümayiş etdirib. Nüfuzlu kompüter istehsalçısı ilə əməkdaşlıq gənc şirkətə süni intellekt sahəsində texnologiyalardan istifadəyə imkan verib. Tədqiqatlar nəticəsində kuza detalları "3D" printerin köməyi ilə hazırlanan yenilənmiş "Olli" avtobusu ərsəyə gətirilib.
Hazırda "Olli" küçələrdə istifadəyə hazır deyil. Model aşağı sürətli rejim və hospital, hərbi zona və ya istirahət bazaları kimi qapalı ərazilərdə hərəkət üçün nəzərdə tutulub.
Əvvəlki modellə müqayisədə "Olli"nin ikinci nəslində bir sıra təkmilləşdirmə işləri aparılıb. Belə ki, sərnişin tutumu 12 nəfər təşkil edən avtobus tam enerji topladıqdan sonra 160 km məsafə qət edə bilir. Nəqliyyat vasitəsi saatda 40 km sürətlə hərəkət edir. Bundan başqa, model müəyyən şəraitlərdə insan köməyi olmadan hərəkət etməyə imkan verən dördüncü səviyyəli avtopilot rejimi ilə seçilir.
Nizam Nuriyev
Baxış sayı: 601
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet