12px13px15px17px
Tarix:10/09/19

“Android” sistemli “Philips E516” mobil telefonu təqdim edilib

“Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən düyməli “Philips E516” mobil telefonu təqdim olunub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DGL” resursuna istinadən yazır ki, məlumata görə, “Philips E516” modeli 240 х 320 piksel təsvir ölçülü horizontal ekranla təchiz edilib. Displeyin altında interfeysi sürətlə miqyaslayan klavişlər yerləşir. Model bu funksiyaya daha çox tələb duyan yaşlı insanlar üçün nəzərdə tutulub.

 

Yeni qurğuda “Wi-Fi” və “LTE” dəstəyini təmin edən ikinüvəli “Unisoc SC9820E” çipindən istifadə edilib. “E516”, həmçinin daşınan “4G” marşrutlayıcısı kimi çıxış edə bilər. Analoji aparat platforması “Xiaomi Qin 1s” və “Qin 1s ” qurğularının əsasını təşkil edir.

 

Bundan başqa, “Philips E516” 0,3 meqapikselli kamera, 1700 milliamper/saat tutumlu akkumulyator, 3,5 millimetrlik və “MicroUSB” çıxışları, “MicroSD” üçün 64 giqabayt tutumlu port və 512 meqabaytlıq operativ yaddaş ilə təchiz olunub.

 

Çində “Philips E516” mobil telefonu 56 dollar qiymətləndirilir. Seçim üçün qara və qırmızı rəng variantları təklif edilir.

 

Xatırladaq ki, ötən həftə zərbələrə davamlı korpusa malik düyməli “Philips Xenium E288s” “Android” smartfonunun nümayişi baş tutub.

 

Nizam Nuriyev





Baxış sayı: 604

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024