12px13px15px17px
Tarix:11/09/19

“Apple” korporasiyası yeni “iPhone” smartfonlarını təqdim edib

“Apple” korporasiyası öz yeni smartfonlarını – “iPhone 11”, “iPhone 11 Pro” və “iPhone 11 Pro Max”ı təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, “iPhone 11” super geniş bucaqlı obyektivə malik ikiqat kamera ilə təchiz edilib. Əsas kameranın təsvir ölçüsü 12 meqapikseldir. Bundan başqa, “iPhone 11” cihazında reallaşdırılmış gecə çəkilişi rejimi təxminən “Pixel 3” və başqa smartfonlarda olduğu kimi işləyir. Ön kamera 4K dəstəkli 12 meqapiksellik təsvir ölçüsünə malikdir. Aparat, həmçinin geniş bucaqlı şəkillər çəkə bilir: rejimlərin dəyişdirilməsi üçün sadəcə smartfonu çevirmək lazımdır. Smartfon “iPhone Xr” istehsal xəttinin davamçısıdır və eyni ölçülərə malikdir. Korpus əvvəlki kimi alüminiumdan hazırlanıb və 6,1 düymlük IPS displeyin təsvir ölçüsü 1792x828 pikseldir.

 

“iPhone 11 Pro” və “iPhone 11 Pro Max” aparatları görünüşcə əvvəlki nəsil qurğulardan (“iPhone Xs” və “Xs Max”) fərqlənmirlər: aparatlar ön kameranın altında kəsik olan 5,8 və 6,5 düymlük diaqonallı displeylə təchiz edilib. Korpus, həmçinin şüşə və poladdan hazırlanıb.

 

Hər üç qurğu yeni “Apple 13 Bionis” prosessoru ilə təchiz edilib. ABŞ korporasiyası onu dünyada ən sürətli çip adlandırıb.

 

Minimal konfiqurasiyalı “iPhone 11” aparatının dəyəri 699 dollar təşkil edir. “iPhone 11 Pro” smartfonunun dəyəri 999 dollar, “Pro Max” isə 1099 dollar təşkil edir.

 

Həmçinin nümayiş etdirilmiş “Watch Series 5” saatlarının displeyi həmişə yanılı qala bilər, korpusun materialı kimi titan seçilib. Bu saatın sahibləri dünyanın 150 ölkəsində birbaşa qurğudan xilasetmə xidmətinə zəng edə bilərlər.

 

Yeni qurğular sentyabrın 20-də satışa çıxarılacaq.

 

Emil Hüseynov





Baxış sayı: 675

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024