12px13px15px17px
Tarix:11/09/19

“Panasonic” şirkəti modul konstruksiyalı noutbukunu təqdim edib

“Panasonic” şirkəti bu dəfə modul konstruksiyalı yeni nəsil noutbuk təqdim edib. “Toughbook 55” noutbukunun sahibləri köhnəlmiş və ya sıradan çıxmış komponentləri asanlıqla dəyişdirə, həmçinin kompüteri əlavə funksionallıqla (məsələn, barmaq izləri skaneri və ya diskret videokart) təchiz edə bilərlər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, “Toughbook 55” noutbukunda ikinci daşıyıcı, əməli yaddaş modulu və əlavə portlar quraşdırmaq mümkündür. Hətta sınmış klaviaturanı dəyişmək mümkündür.

 

Yeni noutbuk tutumlu akkumulyatora malikdir. Zərurət olduqda istifadəçi qurğunu söndürmədən ikinci batareyanı quraşdıraraq noutbukun 40 saat müddətində avtonom işləməsini təmin edə bilər.

 

“Toughbook 55” noutbuku maksimum konfiqurasiyada “Intel Core i5” prosessoru və ya 8-ci nəsil “i7 vPro” prosessoru, “AMD” diskret qrafikası, 64 QB əməli yaddaş və 2 TB-lıq daşıyıcı ilə təchiz edilib. “USB Type-C” və “HDMI 2.0” portları, “Bluetooth 5.0” modulu nəzərdə tutulub.

 

Yeni noutbukun digər özəlliklərinə 14 düymlük 1000 nit maksimum parlaqlığa malik sensor displey, “MIL-STD” hərbi standartı üzrə hazırlanmış maqnezium ərintili korpus, su damcıları və toza qarşı dayanıqlılıq, həmçinin tənzimlənən arxa işıq rəngli klaviaturanı göstərmək olar.

 

“Panasonic” noutbukunun zəmanət müddəti 3 ildir. Şirkətin internet mağazasında yeni noutbuku 2099 dollara sifariş etmək olar.

 

Emil Hüseynov





Baxış sayı: 1159

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024