12px13px15px17px
Tarix:12/09/19

2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük həcmi 400 milyondan az olacaq

Yaxın 5 ildə qlobal fərdi kompüter qurğuları bazarında mənfi dinamika saxlanılacaq. "IDC" tədqiqat şirkətinin yenilənmiş qiymətləndirməsinə görə, 2019-dan 2023-cü ilədək ənənəvi fərdi kompüter və planşetlərin tədarükü orta hesabla 2,4% azalacaq. Eyni zamanda proqnoza görə hibrid qurğuların tədarükü 5% yüksələcək.

 

"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, 2019-cu ildə fərdi kompüter qurğularının tədarükü 402,2 milyon səviyyəsində gözlənilir və gələn il bu göstəricinin 400 milyondan az olacağı gözlənilir. Proqnoz doğru olduğu halda belə zəif göstərici 2010-cu ildən bəri ilk dəfə qeydə alınacaq.

 

Ən böyük azalma (orta hesabla 10,1%) noutbuk və mobil işçi stansiyalar kateqoriyasında gözlənilir. 2019-cu ildə bu qurğuların tədarükü 73 milyona yaxınlaşacağı halda, 2023-cü ilin sonuna bu göstərici 47,7 milyon təşkil edəcək. "IDC" analitik şirkəti hesab edir ki, 2023-cü ildə ənənəvi noutbuklar və mobil işçi stansiyaların bazar payı 13% olacaq.

 

Planşet kateqoriyasında, həmçinin azalma proqnozlaşdırılır. Ənənəvi planşetlərin tədarükü 116-dan 93,8 milyonadək azalacaq və fərdi kompüter qurğuları bazarında onların payı 28,8%-dən 25,6%-dək azalacaq.

 

Emil Hüseynov





Baxış sayı: 624

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024