Yeni “iPhone” smartfonlarının real texniki xüsusiyyətləri məlum olub
“Apple” şirkəti tərəfindən sentyabrın 10-da təqdim edilmiş yeni smartfonların ətraflı texniki xüsusiyyətləri “GSMArena” saytında dərc edilib.
“Apple” şirkətinin nümayəndəsi yeni smartfonların təqdimatı zamanı məlumat vermişdi ki, “iPhone 11” cihazı “iPhone Xr”dən 1 saat, “11 Pro” və “Pro Max” aparatları isə “Xs” və “Xs Max”la müqayisədə müvafiq olaraq 4 və 5 saat daha çox işləyir.
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, “iPhone 11” aparatı 3110 milliamper/saat tutumlu akkumulyatora malikdir, “Xr” aparatında isə bu göstərici 2942 milliamper/saat təşkil edir. Beləliklə, akkumulyatorun tutumu 5% artıb. “iPhone 11 Pro” aparatında akkumulyator batareyasının tutumu 3190 milliamper/saat, “Xs” qurğusunda isə 2658 milliamper/saat (20% artım) təşkil edir. “11 Pro Max” aparatı 3500 milliamper/saat tutumunda batareya ilə təchiz edilib, “Xs Max”da bu göstərici 3174 milliamper/saat (10% artım) təşkil edir. Həmçinin hər üç smartfon əvvəlki nəsil qurğulardan daha qalın və daha ağırdır.
Bundan başqa, hər 3 smartfonda əməli yaddaşın tutumu yüksəlib. “iPhone 11” smartfonu 4 QB əməli yaddaş (“iPhone Xr” aparatında bu göstərici 3 QB-dır), “11 Pro” və “Pro Max” cihazları isə 6 QB (“Xs” və “Xs Max” cihazlarında 4 QB-dır) əməli yaddaşla təchiz edilib.
Emil Hüseynov
Baxış sayı: 560
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet