12px13px15px17px
Tarix:13/09/19

Süni intellekt Beynəlxalq Riyaziyyat Olimpiadasında tapşırıqlar həll edəcək

Beynəlxalq Riyaziyyat Olimpiadasının təşkilatçıları proqrama klassik riyazi olimpiada tapşırıqlarını həll edən süni intellektin hazırlanması üçün müsabiqə keçirilməsi təklifi ilə çıxış ediblər. Alqoritm “Lean” dilində yazılmalıdır. Bu barədə “IMO Grand Challenge” adlı müsabiqənin səhifəsində deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Hightech” resursuna istinadən yazır ki, Beynəlxalq Riyaziyyat Olimpiadası hər il müxtəlif ölkələrdə keçirilən yuxarı sinif şagirdləri arasında riyaziyyat üzrə Dünya çempionatıdır. İlk olimpiada 1959-cu ildə Rumıniyada 7 ölkənin iştirakı ilə keçirilib. Son illər olimpiadada 5 qitəni təmsil edən 100-dən çox ölkə iştirak edir. Beynəlxalq Riyaziyyat Olimpiadası Şurası yarışmanı qəbul edəcək ölkəni təsdiq edir, qaydalara riayət olunmasını izləyir və olimpiada ənənələrini dəstəkləyir.

 

İndiyədək məktəblilər bütün tapşırıqları proqram təminatından istifadə etmədən müstəqil həll edirdilər. Lakin hazırda təşkilat komitəsi tərəfindən tapşırıqların kompüter həlletmə metodlarının hazırlanması üçün müsabiqənin keçirilməsi nəzərdə tutulur.

 

Məktəblilər yeni müsabiqədə iştirak üçün alqoritmi ictimaiyyətə təqdim edərək olimpiadanın başlanmasından 1 gün əvvəl onu təşkilat komitəsinə göndərməlidirlər. Alqoritm internetsiz işləməlidir – ona tapşırıqların həlli üçün digər müsabiqə iştirakçılarına verilən qədər vaxt (hər üç tapşırıq dəsti üçün 4,5 saat) veriləcək.

 

Nizam Nuriyev





Baxış sayı: 1015

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024