12px13px15px17px
Tarix:16/09/19

Cənubi Koreyada təcili tibbi yardım dronları istifadəyə veriləcək

Cənubi Koreyanın Milli Parklar Xidməti 2020-ci ildən etibarən dağlıq yerlərə ilk tibbi yardım vasitələrinin çatdırılması üçün pilotsuz uçan aparatlardan istifadəyə başlamağı planlaşdırır. Ölkə ümumilikdə 32 kvadrokopter almağı nəzərdə tutur.
 
“ICTnews” Elektron Xəbər Xidməti “TASS www.tass.ru” resursuna istinadən yazır ki, Ətraf Mühit Nazirliyinin strukturuna daxil olan Milli Parklar Xidmətinin nümayəndələrinin sözlərinə görə, bir sıra üstünlüklərə malik olan dronların tətbiqi bəzən yardım göstərmək üçün yeganə imkan olur.  
 
Pilotsuz uçan aparat böyük mobilliyə malikdir və təyinat yerinə mürəkkəb dağlıq relyefi qət edən təcili yardım əməkdaşlarından daha tez gəlirlər. Bundan başqa, dron tibbi vertolyotun enə bilmədiyi yerə dərmanlar çatdıra bilir.
 
Bildirilir ki, uçan aparat uzaq dağlarda olan turistlərə təcili yardım üçün dərman qutusu və defibrilyator ilə təchiz ediləcək. Qurğu yardıma ehtiyacı olanları GPS texnologiyası vasitəsilə tapır, infraqırmızı və istilik kameraları isə yaralının olduğu yeri dəqiq müəyyənləşdirməyə imkan verir.
 
İlk tibbi yardım vasitələrinin çatdırılması üçün dronlardan istifadənin effektivliyi dağ turizmini sevənlər arasında populyar olan və Seul ətrafında yerləşən Pukhansan parkında keçirilən sınaqlar zamanı yoxlanılıb. Ora ilk dron nümunəsi 2018-ci ilin dekabrında təhvil verilib.
 
Məlumata görə, pilotsuz uçan aparatların bir sıra sistemləri, o cümlədən GPS texnologiyası təkmilləşdiriləcək.
 
Xidmət nümayəndəsi bildirib ki, konstruktorlar tədqiqatları davam etdirirlər. Son tədarük vaxtı onların nəticələrindən asılı olacaq.
 
Nizam Nuriyev




Baxış sayı: 714

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024