Tarix:16/09/19
"ICTnews" Elektron Xəbər Xidməti "4PDA www.4pda.ru" resursuna istinadən yazır ki, unikal "Sony" televizoru hər pikseldə 16х18 düym ölçülü və 360х360 pikselli 3 miniatür işıq dioduna malik çoxlu "Micro LED" modullarından ibarətdir. Bu blokların çərçivəsiz olması səbəbindən ekranı lazımi forma və təsvirə salmaq üçün onları bir-birinə birləşdirmək mümkündür. Belə ki, 18 blokdan "Full HD" təsvir ölçülü 110 düymlük ekran, 72 moduldan isə 220 düymlük "4K" formatlı panel əldə etmək olar. Bundan başqa, 576 ədəd "Micro LED" modulu birləşdirilən zaman 19,2 х 5,4 metrlik "16K" təsvir ölçülü nəhəng 790 düymluk ekran ərsəyə gələcək.
"Sony" nümayəndələrinin sözlərinə görə, "Crystal LED" texnologiyası prinsipinə görə "OLED" texnologiyasına bənzəməklə yanaşı, təsviri maksimal 1000 kandel kvadratmetr (kd/m2) parlaqlıq ilə təmin edir, 10 bit gücündə boz rəng çalarını dəstəkləyir və 140 faizlik "sRGB" rəng diapazonunu göstərir.
İlkin məlumatlara görə, "Sony Crystal LED" televizoru üçün 1 ədəd "Micro LED" modulunun qiyməti 10 min dollar, "16K" təsvir ölçülü ekranın isə 5,8 milyon dollar təşkil edir.
Nizam Nuriyev
“16K” təsvir ölçülü “Sony” ekranı “Micro LED” modullarından ibarətdir
"Sony" şirkəti bu ilin əvvəlində "Crystal LED" texnologiyası üzrə hazırlanan "16K" təsvir ölçülü böyük ekran təqdim edib. O, əvvəlcə müxtəlif ekspozisiya zalları və iri şirkətlər üçün nəzərdə tutulsa da, indi onu istənilən şəxs əldə edə bilər."ICTnews" Elektron Xəbər Xidməti "4PDA www.4pda.ru" resursuna istinadən yazır ki, unikal "Sony" televizoru hər pikseldə 16х18 düym ölçülü və 360х360 pikselli 3 miniatür işıq dioduna malik çoxlu "Micro LED" modullarından ibarətdir. Bu blokların çərçivəsiz olması səbəbindən ekranı lazımi forma və təsvirə salmaq üçün onları bir-birinə birləşdirmək mümkündür. Belə ki, 18 blokdan "Full HD" təsvir ölçülü 110 düymlük ekran, 72 moduldan isə 220 düymlük "4K" formatlı panel əldə etmək olar. Bundan başqa, 576 ədəd "Micro LED" modulu birləşdirilən zaman 19,2 х 5,4 metrlik "16K" təsvir ölçülü nəhəng 790 düymluk ekran ərsəyə gələcək.
"Sony" nümayəndələrinin sözlərinə görə, "Crystal LED" texnologiyası prinsipinə görə "OLED" texnologiyasına bənzəməklə yanaşı, təsviri maksimal 1000 kandel kvadratmetr (kd/m2) parlaqlıq ilə təmin edir, 10 bit gücündə boz rəng çalarını dəstəkləyir və 140 faizlik "sRGB" rəng diapazonunu göstərir.
İlkin məlumatlara görə, "Sony Crystal LED" televizoru üçün 1 ədəd "Micro LED" modulunun qiyməti 10 min dollar, "16K" təsvir ölçülü ekranın isə 5,8 milyon dollar təşkil edir.
Nizam Nuriyev
Baxış sayı: 1041
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet