12px13px15px17px
Tarix:23/09/19

Vinil plastinkalar 33 ildə ilk dəfə satış həcminə görə kompakt-diskləri ötüb

ABŞ səsyazma şirkətləri assosiasiyası tərəfindən 2019-cu ilin birinci yarısı üzrə musiqi sənayesinin gəlirləri haqqında dərc edilmiş hesabata əsasən, 20-ci əsrin sonundan etibarən vinil plastinkaların satış həcmi ilk dəfə kompakt disklərlə (CD) müqayisədə daha yüksək olub.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, 2007-ci ildə vinil plastinkanın qiyməti təxminən 4,8 dollar idi, 10 ildə bu məbləğ 28,4 dollaradək artıb. Eyni zamanda CD-lərin satış həcmi 34% azalıb və dövriyyəsi orta hesabla 1 milyarddan 698 milyon dollaradək azalıb.
 
Kompakt disklərə tələbatın azalması striminq xidmətlərinin populyarlaşması ilə izah edilir.
 
Lakin vinil plastinkalara marağın artması dinləmənin rahatlığı ilə izah olunmur. Bir çox insanları musiqinin vinil plastinkada səslənməsinin xüsusiyyətləri, oxuducunun işə salınması prosesi, unikal format və plastinkanın qablaşdırılması cəlb edir.
 
Emil Hüseynov



Baxış sayı: 565

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024