Tarix:24/09/19
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm www.dailycomm.ru” resursuna istinadən yazır ki, 14 yanvar 2020-ci ildə “Windows 7” sisteminin pulsuz dəstəklənmə müddəti başa çatacaq və “Microsoft” istifadəçilərə hazırda 900 milyondan çox qurğuda quraşdırılan yeni “Windows 10” sisteminə keçidin vacibliyini xatırlatmaqda davam edir.
Lakin korporasiya tərəfindən “Windows 7 – ESU” (Extended Security Updates – genişləndirilmiş təhlükəsizlik yeniləmələri) sisteminin uzadılmış dəstəyi təklif ediləcək. O, pullu olacaq və çoxlu kompüter avadanlığına malik şirkətlərə baha başa gələcək.
“Microsoft” 2020-ci ilin noyabrında ABŞ prezidenti seçkiləri zamanı cəlb ediləcək kompüterlərə quraşdırılan “Windows 7” sisteminin pulsuz dəstəklənmə müddətini uzadıb. Bu, digər ölkələrin avadanlıqlarına da şamil ediləcək.
Seçki sistemləri üçün edilmiş istisna təhlükəsizliklə əlaqələndirilir. Seçkilər zamanı bu qurğuların kiberhücumlara məruz qala bilməsinə görə onların əməliyyat sisteminin təhlükəsizlik yeniləmələri vaxtında edilməlidir.
Nizam Nuriyev
“Windows 7” sisteminin pulsuz dəstəklənmə müddəti uzadılıb
“Microsoft” korporasiyası səsvermə üçün istifadə edilən kompüterlərə quraşdırılan “Windows 7” əməliyyat sisteminin pulsuz dəstəklənmə müddətini uzadıb. Korporasiya belə kompüterlərin yeni platformaya tez keçirilməsinin mümkün olmadığını etiraf edib.“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm www.dailycomm.ru” resursuna istinadən yazır ki, 14 yanvar 2020-ci ildə “Windows 7” sisteminin pulsuz dəstəklənmə müddəti başa çatacaq və “Microsoft” istifadəçilərə hazırda 900 milyondan çox qurğuda quraşdırılan yeni “Windows 10” sisteminə keçidin vacibliyini xatırlatmaqda davam edir.
Lakin korporasiya tərəfindən “Windows 7 – ESU” (Extended Security Updates – genişləndirilmiş təhlükəsizlik yeniləmələri) sisteminin uzadılmış dəstəyi təklif ediləcək. O, pullu olacaq və çoxlu kompüter avadanlığına malik şirkətlərə baha başa gələcək.
“Microsoft” 2020-ci ilin noyabrında ABŞ prezidenti seçkiləri zamanı cəlb ediləcək kompüterlərə quraşdırılan “Windows 7” sisteminin pulsuz dəstəklənmə müddətini uzadıb. Bu, digər ölkələrin avadanlıqlarına da şamil ediləcək.
Seçki sistemləri üçün edilmiş istisna təhlükəsizliklə əlaqələndirilir. Seçkilər zamanı bu qurğuların kiberhücumlara məruz qala bilməsinə görə onların əməliyyat sisteminin təhlükəsizlik yeniləmələri vaxtında edilməlidir.
Nizam Nuriyev
Baxış sayı: 864
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)