12px13px15px17px
Tarix:08/10/19

Aerotaksi idarəetmə sisteminin sınaqları keçiriləcək

ABŞ Kosmik Agentliyinə (NASA) məxsus “Ames Research Center” tədqiqat mərkəzi “Uber” taksi servisi ilə birgə sərnişin hava nəqliyyatı monitorinq sisteminin sınaqları üzrə layihənin icrasına başlayıb. Proqramın məqsədi şəhər şəraitində aerotaksi vasitəsilə hava daşımalarının təşkilidir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, məlumata görə, “Urban Air Mobility” (UAM) adlanan monitorinq sistemi müxtəlif yaşayış məntəqələrində uçan nəqliyyatın idarəetməsini həyata keçirəcək. Tərtibatçıların sözlərinə görə, sistem kiçik hava gəmilərinə uçuş zamanı problemləri, o cümlədən toqquşma imkanını aradan qaldırmağa kömək edəcək. Birgə testlər zamanı hər iki şirkətin mütəxəssisləri yeni infrastrukturun yaradılması üçün lazımi informasiyanı müəyyənləşdirməyi planlaşdırırlar.

 

Bildirilir ki, söhbət təkcə uçan sərnişin nəqliyyatından deyil, həm də çatdırılma xidmətləri dronlarından gedir. Hazırda havaya tam işlək avianəqliyyatın qaldırılması nəzərdə tutulmur – ilkin testlər zamanı “NASA” və “Uber” kompüter sistemləri aşağı yüksəkliklərdə uçuşların müxtəlif ssenarisinin modelləşdirilməsi üçün birləşdiriləcək. Yaxın aylarda agentlik birgə işə hava daşımaları sahəsində fəaliyyət göstərən digər tərəfdaşları da cəlb etməyə hazırlaşır.

 

Nizam Nuriyev





Baxış sayı: 617

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024