12px13px15px17px
Tarix:09/10/19

Yeni “Samsung” noutbukları buraxılıb

“Samsung” şirkəti “Google Chrome OS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən yeni “Chromebook 4” və “Chromebook 4 ” noutbuk modellərini təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, 1366х768 piksel təsvir ölçülü 11,6 düymlük ekranla təchiz edilən “Chromebook 4” modeli 4 giqabaytlıq “LPDDR4” operativ yaddaşı dəstəkləyən quraşdırılmış “Intel UHD 600” qrafikalı “Intel Celeron N4000” prosessoru əsasında hazırlanıb. 32 giqabayt tutumlu quraşdırılmış “eMMC” toplayıcısını “microSD” yaddaş kartları üçün slot vasitəsilə genişləndirmək mümkündür.

 

İnterfeyslər siyahısına “USB Type-C”, “USB 3.0 Type-A” portları, eləcə də “Bluetooth 4.0” və “Wi-Fi 802.11ac” modulları daxildir. Noutbuk 720p təsvir ölçülü veb kamera və iki dinamik ilə təchiz olunub. 5070 milliamper/saat tutumlu quraşdırılmış akkumulyator qurğunu təkrar enerji toplamadan 12,5 saatlıq avtonom iş vaxtı ilə təmin edib.

 

“Chromebook 4 ” noutbukunun modifikasiyası ekran (15,6 düym diaqonal, təsvir ölçüsü 1920х1080 piksel) istisna olmaqla əsas modelin oxşar xüsusiyyətləri ilə təchiz edilib. Noutbukun avtonom iş vaxtı 10,5 saat təşkil edir.

 

Məlumata görə, yeni qurğular oktyabrın 9-dan etibarən ABŞ-da satışa çıxarılacaq. “Samsung Chromebook 4” noutbukunun qiyməti 229 dollar, “Chromebook 4 ” modelinin isə 349 dollar təşkil edəcək. Noutbukların digər regionlarda nə vaxt satışa çıxarılacağı hələ ki məlum deyil.

 

Nizam Nuriyev





Baxış sayı: 120

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






13 Noyabr 2019

12 11 2019

12/11/19
Mühəndislər günəş batareyaları üçün rekord göstəriciyə malik səmərəli orqanik fotoelementlər yaradıblar

Nürnberq və Erlanqen universitetlərindən olan alimlər qrupu orqanik fotoelementlərin köməyi ilə günəş

12/11/19
ABŞ-da kollektiv düşüncə prinsipi üzrə işləyən robotlar hazırlanıb

Massaçusets Texnologiya İnstitutunun alimləri kollektiv düşüncəyə malik robotların iş prinsipini nümayiş etdiriblər.

12/11/19
"Azercell" Bakının mərkəzində Azərbaycanda ilk 5G şəbəkəsini işə salır

"Azercell" özünün daimi tərəfdaşı - "Ericsson" ilə birlikdə Fəvvarələr Meydanındakı Müştəri Xidmətləri 

12/11/19
Kompüter təlimi üçün avadanlıq və proqram təminatının xərcləri ildə 50% yüksəlir

“Intersect360 Research” şirkətinin analitikləri süni intellekt və kompüter təlimi sahəsində əsas trendlər

12/11/19
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Lənkəranda, nazirin birinci müavini Astarada vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda

12/11/19
Mühəndislər proqramlaşdırıla bilən robot əl hazırlayıblar

Yaponiya və Fransadan olan beynəlxalq mühəndislər qrupu istifadəçiyə obyektlərlə qarşılıqlı əlaqədə olmağa 

12/11/19
“Lenovo” uşaqlar üçün anesteziyaya alternativ kimi virtual reallıq texnologiyasını təklif edib

“Lenovo” və “Starlight” Uşaq Fondu uşaqlar üçün anesteziyaya alternativ olaraq virtual reallıq

12/11/19
Üzən metal yaradılıb (VİDEO)

ABŞ alimləri metala suda batmamağa imkan verən yeni texnologiya yaradıblar.

12/11/19
“Apple”ın əməliyyat sistemində şifrlənmiş məktubları oxumağa imkan verən boşluq aşkar edilib

“MacOS” əməliyyat sistemi istifadəçilərinin məxfilik problemi haqqında məlumat yayılıb. Məlum olub ki, da

12/11/19
İlk “NASA” elektrik təyyarəsi təqdim edilib

ABŞ Kosmik Agentliyi (NASA) 2015-ci ildən üzərində çalışdığı “Maxwell” adlı ilk elektrik təyyarəni nümayi

12/11/19
Şirkətlərin kiberhücumlardan illik itkiləri 6 trilyon dollar qiymətləndirilib

2021-ci ildə şirkətlərin qlobal miqyasda kiberhücumlardan illik itkiləri 6 trilyon dollardan çox olacaq.