“Android” sisteminin yaradıcısı yeni smartfon nümayiş etdirib
“Essential” şirkətinin baş direktoru və “Android” əməliyyat sisteminin yaradıcısı Endi Rubinin “Twitter” səhifəsində yeni “Essential Phone 2” (ad şərtidir) smartfonunun prototipinin olduğu ehtimal edilən sensor ekrana malik “GEM” adlı qurğunun fotoşəkilləri dərc edilib.
“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, dərc edilən fotoşəkillər və videoçarxlarda ətraflı təsvir olunan qurğu smartfondan daha çox, uzaqdan idarəetmə pultuna bənzəyir.
Yeni qurğu nazik çərçivəli ekran, sol yuxarı küncdə yerləşən ön kamera ilə təchiz edilib. Bundan başqa, smartfonun yuxarı hissəsində naviqasiya düymələri, eləcə də dinamik quraşdırılıb.
Ekranda “Təqvim”, “Xəritə”, “Hava”, eləcə də “Uber” əlavələri yerləşir.
E.Rubinin sözlərinə görə, prototip tam fərqli form-faktordur. Hazırda qurğuda hansı əməliyyat sisteminin quraşdırılacağı açıqlanmasa da, onun vizual elementləri “Android” sisteminə oxşardır.
Nizam Nuriyev
Baxış sayı: 738
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet