Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Avstriya nümayəndə heyəti ilə görüşüb
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə ölkəmizdə səfərdə olan Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardtın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baş tutmuş görüşdə Avstriya Parlamentinin Ətraf Mühit Komitəsinin sədri Yohannes Şmukenşlaqer, parlamentin Turizm Komitəsinin sədri Qerald Hauzer, Aşağı Palatasının üzvü, Avstriya Xalq Partiyasının Aşağı Avstriya Federal Torpağı üzrə Gənclər Təşkilatının sədri Bernhard Haynrayxberqer, Azərbaycan-Avstriya Əməkdaşlıq Şurasının Azərbaycan və Avstriya tərəfindən həmsədrləri və Avstriyanın "TÜV Austria", "Frequentis", "Rail Cargo Austria AG", "Tachograph INTELLIC" şirkətlərinin nümayəndələri iştirak ediblər.
Görüşdə iki ölkə arasında nəqliyyat və innovativ texnologiyalar sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Azərbaycan-Avstriya Əməkdaşlıq Şurasının fəaliyyətindən danışılıb, eyni zamanda Avstriya şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub.
Baxış sayı: 908
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet